CƏMİL ƏKBƏR- ŞEİRLƏR- I. CİLD

Sənətşünaslıq elmləri doktoru, professor İlqar Cəmiloğlu ilə Əli İmamverdinin, pedaqoji sahədə uzun illər səmərəli xidmət etmiş, iqtisadcı alim, Cəmil İmamverdioğlu Əkbərin 95 illik yubileyi münasibəti ilə bir araya gətirdikləri “Cəmil Əkbər – I cild şeirlər” adlı kitabda, yarıməsirlik bir yaradıcılıq yolu keçmiş şair təbiətli alimin poetik irsinin bir hissəsi yer almaqdadır. Ayrı- ayrı dönəmləri əhatə edən, müxtəlif mövzulu bu kitabda variantları ilə birgə 374 adda poetik nümunələr yer almaqdadır. Vətən, məhəbbət, eşq, insan amili, ictimai-siyasi mahiyyətli bu kimi bir çox mövzuları əhatə edən optimist, bəzən də bədbin ruhlu pissimist şeirlər Cəmil Əkbərin həssas qəlbinin, şairanə ruhunun, düşüncələrinin şeir dili ilə inikası olub, mənəvi aləmini təcəssüm etdirir. 1-ci cild “Cəmil Əkbər – şeirlər” adlı kitab filoloji elm sahəsində çalışan ədəbyyatşünaslar və şeirsevən qiymətli oxucular üçün nəzərdə tutulmuşdur.