CƏMİL ƏKBƏR- ŞEİRLƏR- III. CİLD

Sənətşünaslıq elmləri doktoru, professor İlqar Cəmiloğlu ilə Əli İmamverdinin, pedaqoji sahədə uzun illər səmərəli xidmət etmiş, iqtisadcı alim, Cəmil İmamverdioğlu Əkbərin 95 illik yubileyi münasibəti ilə bir araya gətirdikləri “Cəmil Əkbər – III cild şeirlər” adlı kitabda, yarıməsirlik bir yaradıcılıq yolu keçmiş şair təbiətli insanın poetik irsinin bir hissəsi yer almaqdadır. Ayrı- ayrı dönəmləri əhatə edən, müxtəlif mövzulu bu kitabda 325 poetik nümunələr yer almaqdadır. Vətən, məhəbbət, eşq, insan amili,ictimai-siyasi xarakterli, optimist nümunələrlə yanaşı, bəzən də şikayət motifli, haqsızlığa üsyan hətta lirik-duyğusal, bədbin, pissimist bəzən satirik ruhlu şeirlər Cəmil Əkbərin həssas duyğulu kövrək qəlbinin, şairanə düşüncələrinin şeir dili ilə əks sədası olub, mənəvi – ruhi dünyasını təcəssüm etdirir. III cild “Cəmil Əkbər – şeirlər” adlı kitab filoloji elm sahəsində çalışan ədəbyyatşünaslar və şeirsevənlər üçün nəzərdə tutulmuşdur.