Gecə saat ikinin yarısı olardı. Qulaqlarına ilıq bir ovqat bəxş edən hənirtidən yatağından hövlnak qalxdı. Son 20 ili, ərsiz-tavansız qaldığı bir zamandan bəri yatağında öz yastığı ilə bərabər qoşalaşdırdığı yastığa baxdı. Bu yastıqda hələ ərli olmadığı bir zamanlarda Aydınla qoşalaşıb yatağa bir uzan- mışdılar. Sadəcə dost kimi, qadın-kişi münasibətindən kənar bir tərzdə. O gündən-bu günə canı-cəsədi hara daşınmışdısa, bu yastığı da özü ilə yol yoldaşı-yar yoldaşı etmişdi. Hətta ər evinə “köç” edəndə də O-nu cehiz avadanlığına qatıb özü ilə aparmaq cəsarətini əlindən ala bilən olmamışdı.