AŞIQ ƏLƏSGƏRİN POETİK VƏ MUSİQİ DÜNYASI

“AŞIQ ƏLƏSGƏRİN POETİK VƏ MUSİQİ DÜNYASI” adlı kitab Türk dünyasının böyük saz-söz ustadı Dədə Ələsgərin 200 illik yubileyinə həsr olunmuşdur. Kitabda Azərbaycanın Xalq Şairi Osman Sarıvəllinin Aşıq Ələsgərin 150 illiyi ilə bağlı yazmış olduğu “Qüdrətli şair, ustad sənətkar” adlı tədqiqat əsəri ilə yanaşı, Sənətşünaslıq doktoru, Professor İlqar Cəmil oğlu İmamverdiyevin bu əlamətdar yubiley münasibəti ilə nota yazmış olduğu Azərbaycanın ənənvi 200 adda klassik saz havaları daxil edilmişdir. Kitab Azırbaycan xalq yaradıcılığı və aşıq sənəti ilə məşğul olan mütəxəssislər, ədəbiyyatsevərlər, folklorşünaslar, eləcə də Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Orta-ixtisas Musiqi Kollecində və Musiqi litseylərində saz tədrisi ilə xidmət göstərən pedaqoqlar, tələbələr, bəstəkarlar habelə, Azərbaycan milli musiqi irsinə maraq göstərən yerli və yabançı musiqişünaslar üçün nəzərdə tutulmuşdur.

AŞIQ ƏLƏSGƏRİN POETİK VƏ MUSİQİ DÜNYASI

  • MUSİQİ REDAKTORU:
  • PROF.DR. İLQAR CƏMILOĞLU İMAMVERDIYEV
  • ELMİ REDAKTORU: 
  • PROF.DR. BABƏK OSMAN OĞLU QURBANOV
  • ISBN: 978-625-7636-58-2