AZƏRBAYCANIN MƏDƏNİ İNKİŞAF DÖVRLƏRİ

Oxuculara təqdim olunan “Azərbaycanın mədəni inkişaf dövrləri” adlı monoqrafiyası Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin N qərarı ilə dərc edilmişdir. Monoqrafiya incəsənətin və mədəniyyətin bütün sahələrində, eləcə də elmi müəssisələrin mütəxəssisləri üçün yararlıdır. İki dildə ( Azərbaycan və ingilis)çap olunan monoqrafiya ölkəmizin hüdudlarından kənarda yayımlanmasına zəmindir. Burada Azərbaycan mədəniyyətinin dünəni, bu günü və sabahı işıqlandırılır. Üç hissədən ibarətdir:1. Azərbaycan musiqi mədəniyyətinin tarixi xronologiyasına dair.2.Milli sərvətimiz muğam.3.Azərbaycanın mədəni əlaqələri. Birinci hissə özü də bir neçə başlıq altında hissələrə bölünür: (Azərbaycan mədəniyyətinin qızıl əsri;XII – XVIII əsrlər Azərbaycanda mədəniyyətin inkişafı;Azərbaycan musiqisinin inkişafında 1905 il inqilabı;Azərbaycanda operanın mənbələri;XIX əsr Azərbaycan musiqisinin inkişafında yeni dönüş.).