CƏMİL ƏKBƏR- ŞEİRLƏR- V. CİLD

Sənətşünaslıq elmləri doktoru, professor İlqar Cəmiloğlu ilə Əli İmamverdinin, pedaqoji sahədə uzun illər səmərəli xidmət etmiş, iqtisadcı alim, Cəmil İmamverdioğlu Əkbərin 95 illik yubileyi münasibəti ilə bir araya gətirdikləri V cild “Cəmil Əkbər şeirlər” adlı kitabda, yarıməsirlik bir yaradıcılıq yolu keçmiş şair təbiətli şəxsiyyətin poetik irsinin bir hissəsi yer almaqdadır. Ayrı – ayrı dönəmləri əhatə edən, müxtəlif mövzulu kitabda variantları ilə birlikdə 350 adda poetik nümunələr yer almaqdadır. Vətən, məhəbbət, eşq, insan amili, ictimai-siyasi, optimist xarakterli nümunələrlə yanaşı,bəzən də tənbeh, satirik hətta şikayət motivli, haqsızlığa üsyan, lirik- duyğusal, bədbin, pissimist ovqatlı müxtəlif mövzulu poetik incilər Cəmil Əkbərin həssas, kövrək, narahat qəlbinin, şairanə düşüncələrinin şeir dili ilə əks sədası olub, mənəvi – ruhi dünyasını təcəssüm etdirir. V cild “Cəmil Əkbər şeirlər” adlı kitab filoloji elm sahəsində çalışan mütəxəssislər, ədəbyyatşünaslar və qiymətli oxucularımız üçün nəzərdə tutulmuşdur.