ÖMRÜM BIR YAŞIL YARPAQ

Bu hekayəti tələbə yoldaşım Möhübəli Əbilovun (Dövlət ra- diosunun operatoru Gülüstan onu «Möhübbətəli» çağırardı) adına bağlamışam. Hansı ki, hətta tələbəlikdən sonrakı ömrümün də müəyyən qolları bu adla (ADU-nun jurnalistika fakültəsini bitirmiş şəxslə) ünsiyyətdə olub. O kəslə ki, sayca elə də çox olmayan, ancaq ilıq, məhrəm pıçıltıları (insanın ruhunda oxunan şeirləri) indi də ürəyimdədi.

Saç-saqqal basmış, gözləri dərin quyuya düşmüş, neçə onillik bundan irəli redaktor işlədiyi Dövlət Filarmoniyasından maestro Niyazi onun anasını söydüyünə və o da cavab olaraq Niyazinin anasını söydüyünə görə işdən qovulandan, eləcə də atası tərəfindən atasına məxsus evdən çıxarılıb küçələrə atılandan sonra səfil ömrün sərgərdan axarına qovuşmuşdu. Ömrünün bu illərini ayağı salafan paketlərə bükülü, çirki qat kəsmiş cır-cındır geyimə möhtac, əl tutmaq istəyən tələbə yoldaşlarını da yaxına buraxmayan, «Azər- baycan» nəşriyyatından uzaqlaşdırılandan sonra, hətta qarlı-çov- ğunlu qış günlərində də ilk illər Politexnik İnstitutunun, sonra AMEA-nın bağında, 2005-ci ilin yayından isə Apelyasiya Məhkə- məsinin həndəvərindəki həyətlərdən birində sərgərdan həyat sürən tələbə yoldaşımın 1980-ci illərin I yarısında yaşadığı ömürdən bir fraqmentdir Sizlərə təqdim etdiyim.

Kategoriler: Etiketler: