Köklü və zəngin tarixə malik türk xalqlarının qiymətli mədəni irsi kimi Orxon-Yenisey abidələrinin tarixi və filoloji aspektdə öyrənilməsi türkologiyanın olduqca vacib məsələlərindəndir. Məlumdur ki, onomastik vahidlərin tədqiqi etnogenez problemlərinin həllində də açar rolu oynayan vasitələrdəndir. Morfoloji təhlil əsasında müəyyən edilən bu yeradları sistemi türklərin yayıldıqları coğrafi ərazilərin ardıcıl izlənilməsi baxımından da maraq doğurur. Bu mənada Sevincxanım Əliyevanın qədim türk leksikasının bəlli bir qatını təşkil edən və türk dillərinin pozulmaz qrammatik qanunauyğunluqları üzrə yaranmış onomastik leksikaya – onun bir qolu olan toponimlərə ayrıca əsər həsr etməsi təqdirəlayiq haldır.