QƏRBİ AZƏRBAYCAN ETNOTOPONİMLƏRİNİN AREALLARI

Onomastik vahid olan etnotoponimlər dil tarixi ilə bağlı qiymətli mənbə olmaqla yanaşı, xalqın qədim yaşayış məskənini müəyyənləşdirmək, bu ərazidə baş vermiş ictimai-siyasi hadisələri, prosesləri qiymətləndirmək, həmin hadisələrin səbəb və köklərini araşdırmaq, obyektiv gerçəkliyi, həqiqəti üzə çıxarmaq üçün konkret material, sübut və faktlar kimi dəyərlidir. Belə faktlar ermənilərin Azərbaycana məxsus əraziləri, insan məskənlərini saxta və qondarma materiallara istinadla öz adlarına çıxarmasına qarşı mübarizədə də vacibdir.