1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvəlləri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən qətliam beynəlxalq hüquqa əsasən soyqırımdır. 20-ci əsrin sonlarına doğru dünyanın gözü önündə yaşanan və xarakter baxımından beynəlxalq cinayət sayılan bu soyqırım insanlığa vurulan qara ləkə kimi tarixin yaddaşına həkk olundu.