Ədəbiyyatın tədrisi metodikası fənni pedaqoji universitetin filologiya fakültəsi tələbələrinin peşə hazırlığı işində – ilkin müəllim hazırlığında müstəsna rolu olan fənlər sırasındadır. Təsadüfi deyildir ki, bakalavr tədris planında ona xeyli vaxt ayrılmışdır. Boloniya prosesinə qoşulma, kredit sisteminin tətbiqi, Avropa təhsil məkanına inteqrasiya bu fənninmövqeyini daha da artırmışdır. Həm müstəqil kurs, həm də onun ayrı-ayrı problemlərinin seçmə fənn qismində tədris olunması dediklərimizə əyani sübutdur.