Kitabda XVIII əsrdən başlayaraq 1980-1990-cu illərdə Qərbi Azərbaycanda Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinin Erməni hərbi dəstələrinin təcavüzü, Ermənistan dövlətinin yeritdiyi milli ayrıseçkiliyinin və etnik təmizləmə siyasətinin, eyni zamanda Azərbaycanlıların tarixi torpaqlarından çıxarmaq məqsədilə kəndlərin kollektivləşmə adı ilə birləşdirilmə və ya müxtəlif kəndlərin inzibati əraziləri şəhərlərin ərazilərinə daxil edilməsi nəticəsində ləğv edilmiş kəndlərdən, həmin kəndlərin köklü sakinləri olan azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmasından bəhs edilir.
