Azərbaycan dialektoloqları Azərbaycan dilinin dialektlərində qədim qıpçaq xüsusiy- yətlərinin kifayət qədər aydın bir şəkildə əks olunduğunu göstərmişlər. Həmin fərqlər həm fonetik, həm morfoloji, həm də sintaktik baxımdan özünü göstərir. Amma Şimal ləhcələrinin daxili şivələrinin spesifikliyini göstərən və onların digər qruplarlamüqayisəli formalarını verməklə, Şimal ləhcəsi şivələrindəki qıpçaq elementlərini monoqrafiyada isbatlamağa çalışmışıq.