Azərbaycan Dilində Hal Kateqoriyasının Tarixi Təkamülü

Öz qədim və zəngin qrammatik quruluşu ilə dünya dilləri arasında xüsusi yer tutan türk dillərinin morfoloji sistemində hal kateqoriyası tarixən mühüm rol oynamışdır. Türkologiyada, eləcə də Azərbaycan dilçiliyində hal kateqoriyası və bu kateqoriyaya aid morfoloji əlamətlərin tədqiqi daim diqqət mərkəzində olmuş, indiyədək bu sahədə xeyli araşdırma və tədqiqatlar aparılsa da, hələ də ayrı ayrı halların funksional-semantik xüsusiyyətləri, müxtəlif halları əks etdirən morfoloji əlamətlər və onların mənşəyi, tarixi hal əvəzlənmələri kimi məsələlərlə bağlı həll olunmamış çoxsaylı problemlər qalmaqdadır.