BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN PROQNOZLAŞDIRILMASI

Proqnozlaşdırma insanların məqsədyönlü fəaliyyətini ehtimal edən qanunların işləməsi mexanizmi üçün zəruri şərtlərdəndir. Ümumi dünyagörüşü və ümumnəzəri metodologiya əsasında dünyada, region- da, ölkədə, ümumi vəziyyət qiymətləndirilir, inkişafı müəyyənləşdirən meyillər və amillər öyrənilir, yeni, ehtimal edilən inkişaf amillərini qiymətləndirilməsinə cəhdlər edilir. Bu əsasda az və ya çox dərəcədə müfəssəl olan çoxvariantlı proqnozların əmələ gəlməsinə imkan yaranır.