CƏMİL ƏKBƏR- ŞEİRLƏR- IV. CİLD

Sənətşünaslıq elmləri doktoru, professor İlqar Cəmiloğlu ilə Əli İmamverdinin, pedaqoji sahədə uzun illər səmərəli xidmət etmiş, iqtisadcı alim, Cəmil İmamverdioğlu Əkbərin 95 illik yubileyi münasibəti ilə bir araya gətirdikləri “Cəmil Əkbər – IV cild şeirlər” adlı kitabda, yarıməsirlik bir yaradıcılıq yolu keçmiş şair təbiətli şəxsiyyətin poetik irsinin bir hissəsi yer almaqdadır. Ayrı – ayrı dönəmləri əhatə edən, müxtəlif mövzulu kitabda varyantları ilə birlikdə 268 adda poetik nümunələr yer almaqdadır. Vətən, məhəbbət, eşq, insan amili, ictimai-siyasi xarakterli, optimist nümunələrlə yanaşı, bəzən də satirik mövzulu, hətta şikayət motifli, haqsızlığa üsyan lirik-duyğusal, bədbin, pissimist ovqatlı şeirlər Cəmil Əkbərin həssas, kövrək qəlbinin, şairanə düşüncələrinin şeir dili ilə əks sədası olub, mənəvi – ruhi dünyasını təcəssüm etdirir. “Cəmil Əkbər – IV cild şeirlər” adlı kitab filoloji elm sahəsində çalışan ədəbyyatşünaslar, mütəxəssislər və şeirsevən qiymətli oxucular üçün nəzərdə tutulmuşdur.