TÜRK MƏTNŞÜNASLIĞININ ƏSASLARI (DƏRSLİK)

Dil torpaqdakı kiçik bir toxumdan cücərib yavaş-yavaş böyüyən, qol-budaq atan ağac kimidir. O, dilin ən kiçik vahidi sayılan, özlüyündə heç bir məna kəsb etməyib yalnız ayrı-ayrı səslərdən ibarət olan fonemdən başlanır. Fonem səviyyəsindən tədricən irəli gedərək dilin ən kiçik mənalı vahidinə – morfem səviyyəsinə keçir. Morfemlər sözlərə, sözlər cümlələrə, cüm- lələr mətnlərə, mətnlərsə artıq dilçiliyin hüdudlarından kənara çıxaraq cild-cild kitablara, kitablar zəngin kitabxanalara, kitab- xanalar müasir informasiya əsrinin əhatəyə gəlməyən rəqəmli məlumat resurslarına çevrilir.

Kategoriler: Etiketler: