QƏRBİ AZƏRBAYCAN ŞİVƏLƏRİ LÜĞƏTİ

Tarixən Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycanın tarixi ərazilərindən biri olan Qərbi Azərbaycan indi Ermənistan Respublikası adladırılan ərazini əhatə edir. Qərbi Azərbaycan coğrafi məhfum kimi 1988-ci ildən etibarən-azərbaycanlılar indiki Ermənistan Respublikasından tarixi etnik torpaqlarından qovulduqdan sonra işlədilməyə başlamışdır. Artıq inam və əminliklə qeyd edə bilərik ki, indi Qərbi Azərbaycan Ermənistan Respublikası coğrafi məfhumunu tam əvəz edə bılir. Qərbi Azərbaycan adını özündə ehtiva edən Azərbaycan dilində çap olunmuş İ.Bayramovun “Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti” (Bakı, “Elm”, 2000), “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı, “Elm”, 2002), “Qərbi Azərbaycan toponimləri sistemi” (Bakı, “Elm”, 2005), “Qərbi Azərbaycan şivələrinin leksikası ” (Bakı, “Elm və təhsil”, 2011), “Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti” (Bakı, “Elm və təhsil”, 2011), Alı Safolunun (Alıyev) “Qərbi Azərbaycanda (indiki Ermənistan) yaşamış azərbaycanlıların tarixi faciələri (1905- 1991), Dərələyəz dəhşətləri” (Bakı, “Adiloğlu”, 2001), H.Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (Bakı, “Elm”, 2004), Ə.Ələkbərlinin “Qərbi Azərbaycan” I c., Vedibasar mahalı (Vedi və Qarabağlar rayonları), (Bakı, “Ağrıdağ” 2000), “Qərbi Azərbaycan”, II c., (Zəngibasar, Qəmərli və Ellər rayonları), (Bakı, “Ağrıdağ”, 2002), “Qərbi Azərbaycan abidələri” I (Bakı, “Nurlan”, 2006), “Qərbi Azərbaycanın dialektoloji lüğəti, 1-ci kitab, Vedibasar, Zəngibasar, İrəvan Çuxuru,” (Bakı, “Ağrıdağ”, 2009), rus dilində çap olunmuş “Историческая география Западного Азербайджана” (Баку, “Азербайджан”, 1998), ingilis dilində çap olunmuş “Historical Geography of Western Azerbaijan” (Baku, “Nicat-K”? 2006) kitabları nəşr olunmuşdur. Artıq “Qərbi Azərbaycan icması” adlı ictimait təşkilat da fəaliyyət göstərir. Qərbi Azərbaycandeyəndə İrəvan və Gümrü şəhərləri, Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Dərəçiçək, Qərbi Zəngəzur, Ağbaba gözlərimizin önündə canlanır.

Kategoriler: Etiketler: