TÜRK KÜLTÜRÜ VƏ ETNOQRAFİYASI

Qloballaşan dünyamızda insanların milli kimliyi, etnik özünəməxsusluğu məsələsinə münasibət birmənalı deyil. Dünya getdikcə dəyişir. İnformasiya- kommunikasiya texnologiyalarının möcüzəvi gücü məsafələri ortadan götürür. Sərhədlər aradan qalxır. Ölkələr arasında gediş-gəliş sıxlaşır. Yer üzündə yaşayan insanlar müxtəlif sosial ortamlarda, təhsil müəssisələrində, qlobal əmək kollektivlərində, genişmiqyaslı layihələrdə bir araya gəlirlər. Etnik müxtəliflik sağlam düşüncə mühitinin olduğu hər yerdə dəstəklənir və təşviq olunur.