AZƏRBAYCAN YAZILI VƏ ŞİFAHİ DİLİ

Ana dilinin tətbiqi işinin həyata keçirilməsində nitq mədəniyyəti aparıcı əhəmiyyət kəsb edir. 2001-ci il iyun ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərman, 2012-ci il may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilin inkişafı ilə əlaqədar imzaladığı proqram xarakterli Sərəncam, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair “Dövlət proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam bu cəhətdən çox böyük əhəmiyyət daşıyır.