BABƏK QURBANOV – 85

Azərbaycan elminə şərəf-şan qazandşrmış, uluslararası səviyyəli musiqişünas, filosof, bəstəkar, Musiqi Estetikası üzrə Fəlsəfə Elmləri Doktoru, 700 məqalənin, 53 elmi kitabın müəllifi, 33 aspirantın elmi rəhbəri olmuş, Babək Osmanoğlu Qurbanovun 85 illik yubileyi münasibəti ilə Prof. Dr. İlgar Cəmiloğlu və Əli İmamverdinin ortaq qələmə aldıqları kitab «Babək Qurbanov – 85» adlanır. XI fəsildən ibarət bu kitabda tanınmış elm xadiminin həyat-fəaliyyətinə, yaradıcılığına aid elm və sənət nümayəndələrinin fərqli illərdə yazdıqları çox sayda (39) məqalələri yer almışdır. Babək Qurbanovun müxtəlif elm sahələri üzrə (fəlsəfə , estetika, musiqişünaslıq, ifaçılıq, muğam sənəti, aşıq yaradıcılığı, folklor, siyasət və s.) fərqli mövzuları əhatə edən 76 elmi məqalələri ilə yanaşı aspirantlarına verdiyi elmi rəylər (7) də daxil edilmişdir. Dərin araşdırmalar və faktlar əsasında təhlil edilərək müxtəlif dərgilərdə yayınlanmış bu qiymətli əsərlər, Osmanoğlunun qardaş Türkiyə cumhuriyyətində 25 il ərzində çalışdığı fərqli ali qurumlardakı (Ərzurum Atatürk Universiteti və Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyası) məhsuldar fəaliyyətlərinə işıq tutulmaqla bahəm, tanınmış musiqiçilərin, müəllimlərin, hətta fərqli sənət alanının mütəxəssislərinin Babək Qurbanov haqda ülvi xatirələrlə zəngin orijinal fikirlərləri də bu kitabda yer almışdır. Yubileyi münasibəti ilə yayınlanan «Babək Qurbanov-85» adlı kitab musiqişünaslar, filosoflar və professor Babək Osmanoğlu Qurbanovun yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bir töhfədir.

BABƏK QURBANOV – 85

ISBN: 978-625-367-842-5