CƏMİL ƏKBƏR- ŞEİRLƏR- VII. CİLD

Sənətşünaslıq elmləri doktoru, professor İlqar Cəmiloğlu ilə Əli İmamverdinin, pedaqoji sahədə uzun illər səmərəli xidmət etmiş, iqtisadcı alim, Cəmil İmamverdioğlu Əkbərin 95 illik yubileyi münasibəti ilə bir araya gətirdikləri VII cild “Cəmil Əkbər şeirlər” adlı kitabda, yarıməsirlik bir yaradıcılıq yolu keçmiş şair təbiətli şəxsiyyətin poetik irsinin bir hissəsi yer almaqdadır. Ayrı – ayrı dönəmləri əhatə edən, müxtəlif mövzulu kitabda variantları ilə birlikdə 248 adda poetik nümunələr yer almaqdadır. Vətən, məhəbbət, eşq, insan amili, ictimai-siyasi, optimist xarakterli nümunələrlə yanaşı, bəzən də tənbeh, satirik hətta, qarğış, giley motivli, haqsızlığa üsyan, lirik-duyğusal, bədbin, pissimist ovqatlı müxtəlif mövzulu poetik incilər Cəmil Əkbərin həssas, kövrək, narahat qəlbinin, şairanə düşüncələrinin şeir dili ilə əks sədası olub, mənəvi – ruhi dünyasını təcəssüm etdirir. VII cild “Cəmil Əkbər şeirlər” adlı kitab filoloji elm sahəsində çalışan mütəxəssislər, ədəbyyatşünaslar və şeirsevən qiymətli oxucularımız üçün nəzərdə tutulmuşdur.