TARİXİ AZƏRBAYCAN TORPAĞI QƏRBİ ZƏNGƏZUR

Kitabda Zəngəzurun tarixi coğrafiyası və Qərbi Zəngəzurun Ermənistana verilməsindən bəhs edilir və Zəngəzur toponiminin etimologiyası, ilk dəfə olaraq Azərbaycan dilinin Zəngəzur şivələri tədqiq olunur. Eyni zamanda Qərbi Zəngəzurun tarixi coğrafiyası və etnik tərkibi, toponimləri, oronimləri, hidronimləri, tarixi abidələri, Qərbi Zəngəzurda azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyi izah edilir. Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.