Dərs vəsaitində təsviri incəsənəti əhatə edən yaradıcılıq janrlarından söz açılır. Təsviri incəsənətin rəngkarlıq, heykəltə- raşlıq və qrafika kimi növlərinin ayrı-ayrı janrları, onların este- tikası, bədii-texniki vasitələri barəsində məlumat verilir. Mətn onlara əyanilik gətirən illüstrasiyalarla zənginləşdirildiyindən oxucu üçün yaradıcılıq janrlarının mahiyyəti və estetik tutumu aydın görünür. Dərs vəsaiti ali məktəblərin tələbələri üçün nəzər- də tutulmuşdur. Ondan geniş oxucu kütləsi də istifadə edə bilər.