CƏFƏR CABBARLININ NƏĞMƏLİ DÜNYASI

Monoqrafiyada müasir Azərbaycan dramaturgiyasının banisi Cəfər Cabbarlının musiqi ilə bağlı yaradıcılığı ilk dəfə tədqiq edilir və kitab halında təqdim olunur. Burada C.Cabbarlının müasirlərinin onun bəstələdiyi melodiyalar haqqında xatirələri verilir. Əsərdə, eyni zamanda, müxtəlif bəstəkarların C.Cabbarlının şeirlərinə bəstələdikləri mahnılardan söhbət açılır. Bu günə qədər dahi dramaturqun bəstələdiyi bir sıra mahnıların yanlış olaraq başqa bəstəkarların əsəri kimi təqdim olunmasına münasibət bildirilir və faktların dili ilə aydınlıq gətirilir.